Çox insan heyva qabığını atır, amma heyva qabıqlarını atmaq olmaz.
Heyva qabığının sağlamlığa müxtəlif faydaları var və bu qabıqlardan hazırlanan çay bir çox insan üçün şəfa mənbəyidir.
Foodinfo.az heyva qabığının faydalarını təqdim edir:
1. Heyva qabığı yüksək miqdarda antioksidant ehtiva edir. Bu antioksidanlar bədəni sərbəst radikalların zərərindən qoruyaraq xroniki xəstəliklərin qarşısını almağa kömək edir.
2.Bu qabıqların tərkibindəki pektin sayəsində həzm sistemini tənzimləməyə kömək edir. Pektin bağırsaq hərəkətlərini tənzimləyən və qəbizlik kimi həzm problemlərini aradan qaldıran həll olunan lif növüdür.
3. Xüsusilə qış aylarında tez-tez rast gəlinən öskürək üçün heyva qabığı təbii müalicə vasitəsi kimi istifadə edilə bilər. Qabıqların tərkibində olan selikli quruluş boğazı rahatlaşdıraraq öskürəyə sakitləşdirici təsir göstərir.
4. Heyva qabığının iltihab əleyhinə xüsusiyyətləri dəri sağlamlığı üçün də faydalıdır. Dəridə qızartı və iltihabı azaltmağa kömək edən heyva qabıqları müntəzəm istifadə edildikdə dərinin daha sağlam görünməsinə töhfə verir.
5. Heyva qabığının tərkibindəki pektin maddəsi xolesterin səviyyəsini tarazlaşdırmağa kömək edir. Bu ürək-damar sağlamlığına müsbət təsirlər yaradır.