Pəhrizdə olduğumuz ya da daha az yemək yeyib, uzun müddət tox qalmaq istədiyimiz zaman ağlımızda belə bir sual olur: “Nə yesəm, gec acaram. Tox tutan qidalar hansılardır?”.
Foodinfo.az  “hurriyet.com”a istinadən tərkibindəki minerallar, vitaminlər və digər xüsusiyyətlər sayəsində insan orqanizminə uzun müddət toxluq hissi verən  qidaların siyahısını açıqlayır.
Aşağıdakı qidaları az miqdarda yesəniz belə, uzun saatlar toxluq hiss edəcək və tez-tez acmayacaqsız.
Badam
Tərkibində faydalı yağlar olan badam insana enerji verir, həm də mədənin ac qalmasının qarşısını alır.
Alma
Tam bir lif mənbəyi olan alma eyni zamanda qan şəkərini tarazlıqda saxlayır və şirin istəklərin qarşısını alır.
Mərcimək və noxud
Lifdən danışarkən, paxlalı bitkiləri atlamaq olmaz. Mərcimək yalnız lif deyil, proteinlə zəngindir.
Xurma
Qan şəkərini tarazlaşdırma qabiliyyətinə sahib olan xurma əslində ən məsum şirnidir. Təbii şəkərləri olan xurmalardan yalnız biri ilə şirin istəklərin qarşısını ala və uzun müddət toxluq hiss edə bilərsiniz.
Avakado
Çox miqdarda lif və doymamış yağ ehtiva edən avokado bağırsaq nizamını təmin edir və insanı uzun müddət tox saxlayır.
Turşu
İçindəki faydalı bakteriyalar sayəsində toxluq hissi yaradan başqa bir qida turşudur.
Süd və ayran kimi süd məhsulları
Xüsusən ayran tərkibindəki zülallar sayəsində uzun müddət toxluq hiss etməyə imkan verir.
Yumurta
Gününüzə protein mənbəyi yumurta ilə başlasanız, daha gec ac olduğunuzu hiss edəcəksiniz.