“Sağlam qidalanma ilə bağlı könüllü sağlam qidalanma mütəxəssisləri var. Onlar daim cəmiyyətdə maarifləndirmə işləri aparırlar. Ümumiyyətlə mütəxəssislərin bu istiqamətdə apardığı işlər son illər daha da təkmilləşib, inkişaf edib”. Bu sözləri açıqlamasında qidalanma üzrə mütəxəssis Ağa Salamov deyib.

Mütəxəssis bildirib ki, dövlət tərəfindən də sağlam qidalanma məsələsində müəyyən addımlar atılır: “Hazırda görülən işlər təqdirəlayiqdir. Souncu dəfə AQTA məlumat yaydı ki, qidaların şəkər miqdarı məhsulun üzərində göstərilməli və istehlakçı nə qədər şəkər istehlak etdiyini bilməlidir. Bununla yanaşı istehlakçılar özləri də sağlam qidalanma mövzusunda daha diqqətli olmalı, maariflənməlidirlər. Biz nə qədər maarifləndirmə işləri aparsaq belə, insanlar özləri öz qeydlərinə qalmalıdırlar.

Sağlam qidalanmaq üçün mövsümi meyvə və tərəvəzlər və bunlardan hazırlanan pürelərə müraciət etmək lazımdır. Zülal olaraq isə hazırda balıq olduqca yaxşı seçimdir və balığın tərkibindəki bir çox element insan orqanizmi üçün vacibdir. İnsanlar həftəlik qida rasionlarında ət, balıq, toyuq, tərəvəz və meyvələrə üstünlük vermək lazımdır. Həmçinin sağlam qidalanmaq üçün rəngli və qazlı içkilərdən də uzaq durmaq lazımdır”. (Sia)