Rusiyalı həkim-dietoloq Yelena Solomatina iyunda yeyilməli olan giləmeyvələrlə bağlı faydalı məsləhətlər verib.  Foodinfo.az Rusiya mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, yayda qida rasionunuza təbii yolla yetişən meyvələri daxil etmək vacibdir. Belə ki, ekspertin fikrincə, iyun ayında çiyələk, gilas, albalı və qırmızı qarağat yeyilməlidir. Albalı sidik turşusunu bədəndən çıxarmaq qabiliyyətinə malik olduğu üçün böyrəklərin fəaliyyətini yaxşılaşdırır və daşların əmələ gəlməsini aradan qaldırır. Bu meyvə sidik daşı xəstəliyindən əziyyət çəkənlər üçün faydalıdır. Qarağat şişkinliyin qarşısını alır və gözlər altındakı torbaları aradan qaldırır. Bu giləmeyvə bədəndən artıq duzları çıxarır və təbii iltihab əleyhinə vasitədir. Bundan əlavə, qırmızı qarağat dəmir ilə zəngindir, yəni ürək və qan damarlarının fəaliyyətini yaxşılaşdırır.