Kartof və qatıq pəhrizi, asanca arıqlamaqistəyənlər üçün ideal bir təklifdir. Kartofun metabolizma sürətləndirici və şiş atıcı təsiri ilə 3 gündə 5 kiloya qədər zəifləmə şansına sahib olacaqsınız. Kartof tək başına çox yeyəndə qəbizlik yarada bilər, ancaq, qatıqla birlikdə istehlak edilsə tam əksinə, həzm sistemini sürətləndirər. Yalnız kartof və qatıq istehlak edərək 3 gün kimi qısa bir müddətdə 5 kiloqrama qədər arıqlama xoşbəxtliyini yaşayacaqsınız. Bu pəhrizi ən çox 3 gün tətbiq etməlisiniz. Ayyda bir dəfə 3 günlük bir şəkildə pəhrizi tətbiq edərək çəki ata bilərsiniz. Kartof və qatıq pəhrizi Həqiqətən kilo vermək istəyirsinizsə, pəhriz siyahısına sadiq qalmağınız lazım olduğunu unutmamalısınız. Pəhriz siyahısındakı təkliflərin hamısına uyğun şəkildə davam etsəniz, qeyd olunan kilonu rahatlıqla verə bilərsiniz 1.gün: Səhər yeməyi: 1 ədəd qaynanmış kartof və 1 kiçik kasa qatıq Günorta: 2 ədəd qaynanmış kartof ilə 1 kasa qatıq Şam: 1 kasa qatıq 2-ci Gün: Səhər yeməyi: 1 kasa sadə qatıq Günorta: 2 ədəd qaynamış kartof ilə birlikdə 1 kasa qatıq Şam yeməyi: 1 ədəd qaynanmış kartof və 1 kasa qatıq 3-cü gün: Səhər yeməyi: 1 ədəd qaynanmış kartof Günorta: 1 ədəd qaynanmış kartof ilə 1 kasa qatıq Şam yeməyi: 1 kasa qatıq Diqqət etməyiniz lazım olan məqamlar Kartoflara qətiyyən duz vurmaq olmaz Bu pəhrizi 1 ayda bir tətbiq etməlisiniz. Gün içərisində şəkərsiz çay, qəhvə və ya yaşıl çay qəbul edə bilərsiniz. Bu pəhrizlə birlikdə gün ərzində ən azı 3 litr su içməlisiniz əks halda qəbz ola bilərsiniz. Hər hansı bir xroniki xəstəlik və ya dərman istifadə etməniz lazımdırsa heç bir pəhriz saxlamayın. Pəhrizi 3 gündən artıq qətiyyən davam etdirməməlisiniz. (saglamheyat)