Türkiyədə daxili xəstəliklər və kardiologiya üzrə mütəxəssis Prof.Dr. Canan Karatay yenə açıqlaması ilə gündəm olub.
Karatay insan bədəninin böyük hissəsinin su, yağ və proteindən, cəmi 1 faizinin isə karbohidratlardan ibarəd olduğunu deyərək bol-bol sümük suyu içməyi məsləhət görüb:
“Təbii kənd yağı, zeytun yağı təbii omega 3-dür. Protein olaraq yağlı quzu ətindən istədiyiniz qədər yeyə bilərsiniz. Kabab da, yağlı quzu əti, balıq yeyə bilərsiniz. Bundan başqa, kənd toyuğu, dəniz balığı, kənd yumurtası, yağlı pendir, qatıq və bol-bol kəllə-paça yeməliyik. Uzun illərdir xolesterolu yüksəldir deyə kəllə-paça yemək qadağan edilib. Kəllə-paça bədənin ehtiyacı olan təbii protein, xüsusilə də sümük, qığırdaq, lif və oynaqlara faydalı olan protein ehtiyacını ödəyir. İndi gedib botoks etdirirlər. Anam, bacım, sən get kəllə-paça ye botoksa ehtiyacın qalmaz. Pulum çatmır, ət ala bilmirəm deyənlər, sümük alın, qaynadın və bol-bol suyunu için. İçində bütün minerallar var” (kolgemedia.az).