
Dietoloqlar bildirirlər ki, gündəlik qidalanmada kiçik dəyişikliklər sağlamlığa böyük fayda verə bilər. Foodinfo.az xəbər verir ki, endokrinoloq və dietoloq Anton Polyakov kolbasalı sendviçin əvəzinə daha faydalı seçimlərdən istifadə etməyi məsləhət görüb.
Mütəxəssisin sözlərinə görə, ağ çörəkdən imtina edib, onun əvəzinə çovdar və ya tam taxıllı çörək, həmçinin dietik çörəklər seçmək daha doğrudur. Kolbasa yerinə isə evdə hazırlanan məhsullara üstünlük vermək olar. Məsələn, qaynadılmış mal dili bu baxımdan daha faydalıdır.
“Sadəcə olaraq sendviçə bir neçə dilim pomidor və ya xiyar əlavə etməklə həm kalorisi az, həm də doyumluluğu yüksək bir qida əldə etmək mümkündür”, – deyə həkim vurğulayıb.
Polyakov xəbərdarlıq edib ki, kolbasalı sendviçin mütəmadi istifadəsi artıq çəkiyə və hətta piylənməyə gətirib çıxara bilər. Onun sözlərinə görə, sağlam alternativlər həm çəkiyə nəzarəti asanlaşdırır, həm də orqanizmin zəruri vitamin və minerallarla təmin olunmasına kömək edir.