Qastroenteroloq Yekaterina Kaşux bildirib ki, ton balığının tərkibində orqanizmin fəaliyyətinə müsbət təsir göstərən çoxlu vitaminlər və faydalı komponentlər var. Foodinfo.az xəbər verir ki, o, Pravda.Ru ilə söhbətində bu balığın niyə toyuq döşündən daha sağlam olduğunu izah edib.
Mütəxəssisin sözlərinə görə, ton balığı əzələ kütləsini saxlamaq, ürək-damar, sinir və immun sistemlərin fəaliyyətini normallaşdırmaq üçün zəruri olan zülal və omeqa-3 yağ turşuları ilə zəngindir. Bundan əlavə, zülallar hormonların formalaşmasında iştirak edir və omeqa-3 beyin fəaliyyətini yaxşılaşdırır.
Həkim vurğulayıb ki, bu balıq növünün tərkibində B qrupu vitaminləri, fosfor, selen, maqnezium, dəmir, kalsium və insan orqanizminin hüceyrələrini qoruyan digər minerallar da var. Üstəlik, aşağı kalorili məzmuna görə məhsul pəhriz saxlayan insanlar üçün uyğundur.
Nurlan