Mayonezin faydalı xüsusiyyətləri var.

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Aleksey Kabanov danışıb.

Onun sözlərinə görə, yaxşı, keyfiyyətli və təbii mayonezdən istifadə etsəniz, həmçinin onunla hazırlanan salatlardan çox miqdarda deyil, həftədə 1-2 dəfə 200 qramla kifayətlənsəniz, mayonez nəinki zərər verməz, hətta faydalı olar.

Mütəxəssis qeyd edib ki, mayonezin tərkibində orqanizmimizin ehtiyac duyduğu doymamış yağlar kifayət qədər çoxdur. Onlar gündəlik kalori qəbulunun 30% -ni təşkil etməlidir.

“Beynimizin yarıdan çoxu yağlı maddədir və yağlı qidalara xüsusi ehtiyacı var. Lakin ürək-damar sisteminin fəaliyyətinə zərər verməmək üçün yağlar məhz doymamış olmalıdır”, - deyə Kabanov vurğulayıb.