Mütəxəssislər immunitet sistemini gücləndirmək üçün zoğal, itburnu və giləmeyvə içkiləri hazırlamağı tövsiyə edirlər.
Foodinfo.az xəbər verir ki, meyvə içkilərinin tərkibində olan C vitamini sayəsində orqanizm soyuqdəymə və viruslarla daha effektiv mübarizə aparır. Həmçinin, meyvə şirəsi hazırlamaq üçün istifadə edilən bir çox giləmeyvə antioksidantlarla zəngindir ki, bu da sərbəst radikallarla mübarizə aparmağa kömək edir. Belə ki, meyvə içkiləri insanlar tez-tez isti və quru otaqda olan qışda bədəni nəmləndirməyə kömək etmək üçün əladır.
Bundan əlavə, meyvə şirəsini özünüz hazırlayarkən şəkər və digər maddələrin miqdarına nəzarət edə bilərsiniz.
Leyla