Həkimlər nar şirəsində yeni müalicəvi xüsusiyyətlər aşkar ediblər. Nar şirəsi çox miqdarda antioksidant və digər qida maddələrinə görə bədənimizə çoxlu faydalar gətirə bilər.

Bu içki yalnız iltihabı deyil, həm də xolesterol səviyyəsini azaldır. Zəngin antioksidant mənbəyidir. Tərkibində güclü antioksidantlar olan əhəmiyyətli miqdarda “punicalagans” var. Nar şirəsində antioksidanların səviyyəsi qırmızı şərab və yaşıl çaydan üç dəfə yüksəkdir.

Bu içki həm də güclü antiinflamatuar təsir göstərən polifenollarla zəngindir. Tədqiqatlar göstərir ki, polifenollar prostat, döş, ağciyər, kolon və dəri xərçəngi ilə mübarizədə kömək edə bilər.

Nar şirəsi ürək sağlamlığına faydalı təsir göstərir. Ürək-damar xəstəlikləri riskini azalda, xolesterolu oksidləşmədən qoruya, insult və infarkt ehtimalını azalda bilər. Bundan əlavə, ürək xəstəlikləri üçün əsas risk faktoru olan yüksək təzyiqə müsbət təsir göstərir.

Nar şirəsi diş çürüməsinə səbəb olan bakteriyaların ştammlarına təsir edə bilən antimikrobiyal təsirə malikdir.