Daim yeməyi soyumuş halda yemək sağlamlıq üçün zərərlidir.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Oksana Dmitrenko xəbərdarlıq edib.
Onun sözlərinə görə, soyumuş yemək ürək damarlarının refleks spazmına səbəb olur və maddələr mübadiləsini ləngidir. Bununla əlaqədar olaraq, səhhətinizdə müxtəlif problemlər yarana bilər - aritmiyadan qastritə qədər.
Həkim qabdakı yemək və içkinin soyumasını gözləmək vərdişini xüsusilə təhlükəli adlandırıb. Soyuq yemək mədədə gec həzm olunur və ağırlıq hissi yaradır.
Bu halda yeməyi həzm etməzdən və ondan faydalı maddələr çıxarmazdan əvvəl bədən onu isitməli olacaq ki, buna da son enerji ehtiyatları sərf oluna bilər. Lakin daha pisi odur ki, həddindən artıq soyuq yeməklər və damarların spazmına səbəb olur. Ürək-damar xəstəlikləri olan insanlarda belə yeməklər hətta huşun itirilməsinə və nəfəs kəsilməsinə səbəb ola bilər.
Bundan əlavə, həkim xəbərdarlıq edib ki, yeməyi soyuq halda yemək vərdişi çox vaxt qastrit və mədə xorasına gətirib çıxarır. Qida müəyyən temperatura çatmazsa, mədənin ifraz etdiyi ferment və turşular öz vəzifələrini tam yerinə yetirə bilməz. Buna görə də onların fəaliyyəti insan orqanizmin ziyanına olur.