Ət yeməklərinə ləzzət qatan kəklikotu evlərin və yeməklərin vazkeçilməz bir bitkisidir. Xüsusilə dağ kəklikotuna daha çox üstünlük verilir. Kəklikotu təkcə ədviyyat kimi deyil, bir çox sahədə də istifadə olunur. Bu bitkinin insan orqanizmi üçün bir çox faydası var.
Foodinfo.az kəklikotunun faydalarını təqdim edir.
Tərkibində A, C, E, K, B6 vitaminləri də var. Xüsusilə sidik yolları xəstəliklərinə qarşı çox təsirlidir. Böyrəklərdə əmələ gələn daşların parçalanması və çıxarılmasında da faydalıdır.
Bədəndəki iltihabı qurudur.
Həzmi asanlaşdırır.
İştahaçıcı xüsusiyyətə malikdir.
Mədə problemlərinə qarşı faydalıdır.
Gözləri və ürəyi gücləndirir. Xüsusilə müntəzəm istifadə edildikdə görmə gücünü artırır.
Bağırsaqlarda əmələ gələn qurdları azaldır.
Fiziki və mənəvi yorğunluğa qarşı çox faydalıdır.
Qasıq ağrılarına yaxşı təsir edir.
Tər və ağız qoxusunu aradan qaldırır.
Yuxusuzluğa qarşı çox faydalıdır.
Kəklikotu yağı xüsusilə baş ağrıları, mədə ağrıları və mədə kramplarına çox yaxşı təsir edir. Sinə və kürək nahiyəsinə sürtdükdə öskürək, astma, bronxit və göy öskürəyə də yaxşı gəlir.
Epilepsiyaya qarşı da çox faydalıdır.
Anemiyaya qarşı da təsirlidir.
Kəklikotu toxumu üyüdülərək parça ilə hemoroidə sürtülsə, hemoroid kiçilir və yox olar.
Tənəffüs xəstəliklərini müalicə edir.
İmmunitet sistemini gücləndirir.
Qadınlar üçün xüsusi günlərin gecikməsinin qarşısını alır.
Ekzema kimi dəri xəstəliklərinin sağalmasına kömək edir.
Qan təzyiqini aşağı salır və yüksək təzyiqin qarşısını alır.
Qəbizliyin və şişkinliyin qarşısını alan xüsusiyyətlərə malikdir.
Revmatizm ağrılarına yaxşı təsir edir.
Diş əti xəstəliklərinə də xeyirlidir.
Mədədə yığılan pis qazları çıxarmağa kömək edir.
Bədəndəki bakteriyalarla mübarizə aparır.
Xərçənglə mübarizə aparır və xərçəng hüceyrələrini məhv edir.