Artıq çəki insanın həyatını orta hesabla on il qısalda bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə həkim Q. Mark danışıb.
O hesab edir ki, piylənmə ilə heç bir halda barışmaq olmaz.
Bədəndə artıq yağın olması sağlamlığa zərərlidir, ömrü qısaldır və ağır patologiyaların inkişafına səbəb olur.
Həkim xəbərdarlıq edib ki, artıq yağ insan orqanizmi üçün “bir nömrəli qatil”dir və zamanla diabet, hipertoniya, ateroskleroz, onurğa yırtığı, onkologiya kimi bir çox təhlükəli xəstəliklərə gətirib çıxarır.
Bu səbəbdən də istənilən yaşda piylənmə ilə mübarizə aparmaq lazımdır. Hətta 60 yaşlı insan da 1-2 kiloqram artıq çəkidən qurtulmaqla ömrünü uzada bilər.
Həkim vurğulayıb ki, uşaqlıqda yaranan piylənməni də ciddiyə almaq lazımdır, çünki bu, işemik ürək xəstəliyinin, eləcə də böyüdükdə insanı təqib edəcək digər ürək-damar xəstəliklərinin inkişafına təsir göstərə bilər.