Bəzən qış üçün bağlanılan kompotlar içilmədən qalır. Onları atmaq əvəzinə, asan və dadlı bir desert hazırlayın.
Foodinfo.az-ın təqdim etdiyi reseptə əsasən, kompot istənilən meyvə və giləmeyvələrdən hazırlanmış ola bilər. Ondan başqa, cəmi bir inqrediyentə ehtiyac var.
RESEPT:
500 ml kompot,
50 qr mannı yarması (Mannı və ya irmək - yarma buğdasının üyüdülməsi və ələnməsi nəticəsində əldə edilən qidadır)
Hazırlanması:
Bir qazanda kompot və mannını qarışdırıb, qaynadın. Qaynayanda ocağı azaldıb, daha iki dəqiqə qarışdıraraq bişirin. Daha sonra qazanı kənara qoyub qarışımı soyudun.
Soyuduqda, onu blenderlə əzib köpüklü püre halına gətirin. Sonra isə xüsusi qablara yerləşdirib soyuducuya qoyun.
Süfrəyə soyuq halda gətirin.
Nuş olsun!
Natəvan