Payız isti sviterlər, rəngarəng yarpaqlar mövsümü olmaqla yanaşı, orqanizmimizin qış iş rejiminə keçid vaxtıdır.
Bu keçid dövründə bədəninizi əla vəziyyətdə saxlamaq üçün Foodinfo.az sizə payız qidalanmasının 5 qızıl qaydasını təqdim edir.
1. Mövsümi məhsullar sizin ən yaxşı dostlarınızdır.
Balqabaq, alma, armud, kök təkcə dadlı yeməklər deyil, onlar əsl vitamin bombasıdır.
2. İsti yeməklər - həmruhunuzu, həm bədəninizi isidəcək.
İlk şaxtalar hiss olunduqda süfrənizi isti şorbalar və digər isti yeməklərlə bəzəməməyə başlayın. Onlar sizi həm isidəcək, həm də güclü saxlayacaq.
3. Su əvəzolunmaz nemətdir.
Soyuq havada belə, su içməyi unutmayın.
4. Kofeinlə ehtiyatlı olun.
Qəhvə isinmək üçün əla seçimdir, lakin qədərində için.
5. Şəkəri nəzarət altında saxlayın.
Bəli, orqanizmimizin karbohidratlara ehtiyacı var, amma gəlin "düzgün" mənbələri seçək - tam taxıl, tərəvəz və meyvələrə üstünlük verək.
Unutmayın ki, soyuq payız fəsli qış yuxusuna getmək üçün səbəb deyil. Düzgün qidalanma bu dövrü aktiv və sağlam edəcək.