Payız fəsli havaların soyuduğu, müxtəlif xəstəliklərin yayıldığı dövrdür. bu zaman immunitetin daha güclü olması lazımdır, xüsusən də uşaqlarda. Lakin bəzi qidalar var ki, onların immun sistemini zəiflədir.

Foodinfo.az həmin qidaları təqdim edir.

Qazlı içkilər:

- Tərkibində çoxlu şəkər, əlavələr və konservantlar var
- Həddindən artıq şəkər qəbulu immun sistemini zəiflədir

Hazır qəlyanaltılar və çipslər:

- Tərkibində çox vaxt trans yağlar, boya və aromatizatorlar olur.
- Damarlara və immunitetə ​​mənfi təsir göstərir

Konservləşdirilmiş qidalar:

- Tərkibində çoxlu natrium və konservantlar var
- Qidalanmada zülal balansını pozur, immuniteti azaldır

Məsləhət: Bu qidaların qəbulunu məhdudlaşdırın və immuniteti gücləndirmək üçün uşaqlarınızın rasionuna təzə meyvə-tərəvəz, dənli bitkilər və təbii zülal mənbələri əlavə edin.