Foodinfo.az pəhriz saxlayan və çəki atmaq istəyənlər üçün faydalı bir şorba resepti təqdim edir:

Tərkibi:

Kərəviz kökü - 120 q

İspanaq - 1 dəstə (20 q)

Böyük kartof - 1 ədəd.

Yerkökü - 1 əd.

Soğan - 1 əd.

Dəfnə yarpağı - 2 əd.

Duz və bibər – zövqə görə

Göyərti – üzərinə səpmək üçün

Bitki yağı – istəyə bağlı

Bişirmə üsulu:

Əvvəla, qeyd etmək lazımdır ki, bu şorbanı hazırlayarkən yuxarıda göstərilən məhsulların siyahısının hamısının olması vacib deyil. Siz yerkökü balqabaqla, kərəvizi kələm ilə, balqabağı pomidorla əvəz edə bilərsiniz.

Bütün tərəvəzləri yuyun və soyun. Daha sonra ardıcıl olaraq əvvəlcə qızardın və sonra ət suyu əlavə edin. Sonda isə duz və istiot əlavə edə bilərsiniz.

Nurlan