Pərpərən, Pərpətöyün, Gəlinbarmağı kimi tanınan bu bitki yabanı olaraq bitir. Yabanı bitki olmasına baxmayaraq geniş sağlamlıq faydalarına malikdir.
Foodinfo.az Sağlamolun.az-a istinadən pərpərənin potensial faydalarını təqdim edir:
1. Anemiya, qan azlığında faydalıdır tərkibində bədən tərəfindən tez sorula biləcək dəmir vardır;
2. Tərkibindəki saponinlər orqanizmə gümrahlaşdırıcı bir təsir göstərir, yorğunluq uzun sürən xəstəlik zamanı içilməsi faydalıdır;
3. Qan təzyiqini salır və qanda şəkəri normallaşdırır;
4. Tərkibindəki zəngin kalsium sümük boşluğunda, sümük əriməsində faydalıdır;
5. Tərkibindəki kalium ürək əzələsini və saya əzələrin işini normallaşdırır;
6. Uzun zaman sidikqovucu dərman içənlərdə kalium bədəndən qovulur amma pərpərən həm sidikqovucu kimi istifadə olunur həm də itirilən kaliumun əvəzinə tərkibindəki kaliumu bədənimiz mənimsəyir;
7. Göz zəifliyindən əziyyət çəkənlər üçün faydalıdır tərkibində A vitamininə görə;
8. Prostat vəzi xəstəliklərində faydalıdır;
9. Beyinin inkişafı üçün faydalıdır əsasən uşaqlar üçün faydalıdır;
10. Qaraciyər çatışmazlığı üçün olduqca faydalıdır;
11. Tərkibindəki selikli maddələr yaxşı bir bəlğəmgətiricidir
12. Dərini parlaqlaşdırır, cavanlaşdırır;
13. Zob xəstələri üçün faydalıdır;
14. Əsəbsakitləşdirici təsiri vardır, yuxunu dərinləşdirir;
15. Xərçəngdən qorunmaq üçün faydalıdır tərkibində güclü antioksidantlar vardır;
16. Qəbizlik əleyhinə təsiri vardır bununlada babasil üçün faydalıdır;
17. Tərkibindəki selikli maddələr qastrit və kolitlər zamanı mədə bağırsağa bürüyücü olaraq təsir gösrərir və sağaldır;
18. Yüksəlmiş xolesterini salır ümumiyyətlə ALT AST Bilrubin və triqliseridlərin yüksəlməsini aşağı salır;
19. Aterosklerozda çox faydalıdır. Arıqlamaq istəyənlər üçün çox faydalıdır beləki təzə pərpərən yığılır qaynadılır və qatığa qarışdırılıb yeyilir.
29. Tərkibində zəngin omeqa 3 vardır beyin inkişafı üçün faydalıdır, cinsi istəyi artırır çünki tərkibində E vitamini vardır.