Anemiya bədəndə kifayət qədər hemoglobinin olmaması nəticəsində yaranan bir vəziyyətdir.
Foodinfo.az xəbər verir ki, anemiya ümumiyyətlə dəmir çatışmazlığı, vitamin B12 çatışmazlığı, fol turşusu çatışmazlığı kimi səbəblərdən yarana bilər. Bu zaman bədəndə yorğunluq, halsızlıq, solğun dəri rəngi və baş ağrısı kimi əlamətlər müşahidə oluna bilər. Qan azlığından əziyyət çəkən insanlar qida rasionlarlına fikir vermələri, qan azlığına faydalı qidalardan istifadə etmələri çox vacibdir.
Anemiyaya yaxşı təsir edən bəkməzdə dəmir, vitamin B12 və fol turşusu kimi vacib minerallar və vitaminlər var. Xüsusilə üzüm, əncir və xurma kimi meyvələrdən əldə edilən bəkməz orqanizmi gücləndirməyə və qan azlığı problemini aradan qaldırmağa kömək edə bilər. Bəkməz tərkibindəki dəmir və digər minerallar sayəsində qan hüceyrələrinin istehsalını artıraraq anemiya probleminin öhdəsindən gəlməyə kömək edir. Bundan əlavə, bəkməz bədəni enerji ilə təmin edərək yorğunluğu və zəifliyi azaldır.
Bəkməz anemiyaya müsbət təsirləri ilə yanaşı, həzm sisteminə də faydalı təsir göstərir. Liflə zəngin olan bəkməz həzm sisteminin nizamlı işləməsinə kömək edir və qəbizlik problemlərinin qarşısını alır.
Bundan əlavə, bəkməz antioksidan xüsusiyyətləri sayəsində bədəni sərbəst radikalların zərərli təsirlərindən qoruya bilir. Bununla belə, bəkməz istehlak edərkən həddindən artıq olmamaq və balanslaşdırılmış pəhrizə riayət etmək vacibdir.
Anemiya problemi olan şəxslər həkimlərinə müraciət etməli və qidalanma ilə bağlı mütəxəssis məsləhətləri almalıdırlar.
Bəkməz, dəmir, vitamin B12 və fol turşusu kimi vacib minerallar və vitaminləri ehtiva etdiyi üçün anemiyaya yaxşı təsir edən şəfalı qidadır. Ancaq xatırlatmaq çox vacibdir ki, anemiya problemi təkcə bəkməz istehlakı ilə həll edilə bilməz.