Qarabaşaq, sağlam qidalanmanın əvəzsiz tərkib hissələrindən biri olsa da, düzgün hazırlanmadıqda bəzi faydalı maddələrini itirə bilər.
Foodinfo.az xəbər verir ki, qastroenteroloq Sergey Vyalov qarabaşağı daha faydalı etmək üçün onu bişirməyin əvəzinə, gecədən suda islatmağı tövsiyə edib. Mütəxəssis bildirir ki, bu üsul qidadakı vitamin və mineralların qorunmasına kömək edir.

Həkim əlavə edir ki, gecədən isladılmış qarabaşaq səhərdən hazır olur və həm səhər yeməyi, həm də gün ərzində yüngül qəlyanaltı üçün ideal seçimdir. Vyalovun sözlərinə görə, bu üsul həm də qarabaşağın daha yaxşı həzm olunmasına və yumşaq, rahat yeyilməsinə şərait yaradır.

Mütəxəssis vurğulayır ki, bu sadə addım gündəlik qidalanmada qarabaşağın faydasını maksimuma çıxarmağa imkan verir və sağlam qidalanma tərəfdarları üçün mükəmməl alternativ təqdim edir.