Bir çoxları böyrək sağlamlığı barədə düşünmürlər. Lakin böyrək zədələnməsi nəticəsində ölənlərin sayı bağırsaq xərçəngindən ölənlərin sayına bərabərdir. Böyrək funksiyasını yaxşılaşdımağa kömək edən məhsullardan biri də qəhvədir.
Foodinfo.az xəbər verir ki, təxminən 80.000 hollandiyalının yeni araşdırması qəhvənin böyrəklərin sağlamlığını qorumağa kömək etdiyini göstərib.
Bu, bütün insanlara, xüsusən də diabet xəstələrinə aiddir.
Şəkər və ya digər əlavələrsiz içilən hər fincan qara qəhvə böyrəklərin zədələnməsi riskini azaldır. Sağlamlığa maksimum faydalı olmaq üçün isə dörd fincan qəhvə içilməlidir.
Düzdür, bu tədqiqat yalnız qəhvə sevənlərin üzərində aparılıb və onların böyrək sağlamlığına yönəlib.
Məlumatı təsdiqləmək üçün daha çox araşdırma aparmaq tələb olunur.