Qırmızı turp və ağ turp ölkəmizdə ən çox istehlak edilən növlərdir. Bunlardan başqa turpun bənövşəyi, sarı, çəhrayı və qara kimi bir çox növləri də var.
Qırmızı turpun vətəni Asiyadır. Asiya ölkələrindən bütün dünyaya yayılan turp Avropa ölkələrinə də çatmış və XVI əsrdə istehlak edilmişdir.
Foodinfo.az xəbər verir ki, C vitamini ilə zəngin olan qırmızı turp güclü antioksidant xüsusiyyətlərə malikdir. Bu şəkildə bədəninizin sərbəst radikallarla mübarizəsinə töhfə verir. Hüceyrə zədələnməsinin qarşısını alaraq yaşlanma əleyhinə təsir göstərir. C vitamini də dəriniz və qan damarlarınız üçün lazım olan kollagenin əmələ gəlməsinə kömək edir.
Qırmızı turpun tərkibində az miqdarda kalsium, K vitamini, B3 vitamini, B6 vitamini, fosfor, kalium, maqnezium, mis, sink, manqan, B2 vitamini, natrium və fol turşusu da var.
Bu turpun yarpaqları, eləcə də kökü sağlamlığınıza əhəmiyyətli töhfə verir. Hətta deyə bilərik ki, turp yarpaqları turp kökündən qat-qat daha qidalıdır. Turp yarpaqları kökündən daha çox protein və lif ehtiva edir. Yarpaqlarda ən bol olan mineral kalsiumdur. O, kökündən 4 dəfə çox antioksidan təsirə malikdir.
Turp aşağı glisemik indeksi olan bir bitkidir. Buna görə də qan şəkərini artırmır. İnsulin müqavimətinə qarşı qalxan rolunu oynayır. Turp qan şəkərinin tənzimlənməsinə kömək edən qlükozinolat və izotiosiyanat birləşmələrini ehtiva edir. Eyni zamanda turp yemək adiponektin hormonunuzu artırır. Bu hormonun artırılması sizi insulin müqavimətinə qarşı qoruya bilər.
Belə bitkilər su ilə bişirildikdə xərçəngə səbəb olan maddələrin xaric edilməsinin və şiş əmələ gəlməsinin qarşısını ala bilərlər. Bir araşdırmaya görə, turp kökü bəzi xərçəng hüceyrələrinin ölümünə səbəb olur.
Lifli quruluşu sayəsində həzm sisteminizi sakitləşdirir və qəbizliyin qarşısını alır. 2008-ci ildə heyvanlar üzərində aparılan araşdırmaya görə, xüsusilə turp yarpaqlarının həzmi asanlaşdırdığı ortaya çıxıb. Tərkibində kükürd birləşmələri olan turp yarpaqları mədə infeksiyasının qarşısını alır və ishala qarşı faydalı təsir göstərir.
Turp həyati orqanlarımızdan biri olan qaraciyər sağlamlığına mühüm töhfələri olan bir qidadır. Böyrəklərdən toksinləri çıxarmaq üçün də təsirli bir qidadır.
Bu tərəvəzin tərkibində çoxlu antioksidant, kalium və kalsium var. Bu qidalar sayəsində ürək xəstəliyi və yüksək təzyiq riskinizi azalda bilərsiniz. Yüksək qan təzyiqi riskini azaltmaq təbii olaraq insult keçirmə ehtimalını azaldır. Turpun tərkibində olan nitrat qan axını tənzimləməyə kömək edir.
Turpun lifli quruluşu, həzm oluna bilməyən karbohidratlar, su sıxlığı, aşağı glisemik indeksi və aşağı kalorili olması onu pəhrizlərdə seçilə biləcək bir qida halına gətirir.
İstehlak üçün təhlükəsiz bir qida olan qırmızı turp həddindən artıq istehlak edildikdə həzm sistemində problemlər yarada bilər. Bu problemlərə qaz, şişkinlik daxildir.