Bir çoxlarının sevimli yeməyi olan kartof qızartması daha az kalorili və sağlamlıq üçün daha faydalı ola bilər.
Foodinfo.az xəbər verir ki, "Warrior"un dietoloqu Cess Hillard bunun üçün iki üsuldan istifadə etməyi məsləhət görüb.
Birincisi, kartofu daha böyük parçalara kəsmək lazımdır. Bu zaman kartof daha az yağ "udacaq".
İkincisi isə, qızardarkən istifadə etdiyiniz yağa diqqət yetirməlisiniz. Ən yaxşısı raps yağından istifadə etməkdir. Tüstülənmə dərəcəsi yüksək olan bu yağ qızartmaq üçün əladır və tərkibində zərərli doymuş yağlar daha azdır.