Soyuq havaların və xəstəliklərin artdığı bu günlərdə gündəlik həyatınıza sadə bir vərdiş əlavə etməklə sağlamlığınızı gücləndirmək mümkündür. Mütəxəssislər limonu qaynar suya sıxıb hər səhər acqarına içməyin sağlamlığa bir sıra faydaları olduğunu bildirirlər. 

Foodinfo.az limonu qaynar suya sıxıb içməyin faydalarını təqdim edir:

• Limon C vitamini ilə çox zəngin bir meyvədir. C vitamini də immunitet sistemini gücləndirməkdə böyük köməkçidir. Bədəni infeksiyaya qarşı davamlı edən limon bu səbəblə bir çox mütəxəssis tərəfindən tövsiyə edilir. Hər gün səhər acqarına limonlu qaynar su içmək soyuqdəyməyə qarşı qoruyucu qalxan effekti yaradır.

• Yarım limonun suyunu qaynar suya sıxmaq orqanizmə təmizləyici təsir göstərir. Limonu qaynar suya sıxıb hər səhər acqarına istehlak etmək detoks effekti verir. Bu su ilə qaraciyərləriniz təmizlənəcək və bədəninizdəki toksinlərdən azad olacaqsınız. Limonlu su içdiyiniz zaman enerji səviyyənizin artacağına və ümumi sağlamlığınızın yaxşılaşacağına şahid olacaqsınız.

• Limonun tərkibindəki polifenollar sayəsində maddələr mübadiləsiniz sürətlənəcək. Ciddi bir pəhriz proqramındasınızsa, arıqlamağınıza kömək edəcək isti limonlu suyu sınaya bilərsiniz. Bundan əlavə, limonlu su içmək həzm sisteminizi də tənzimləyəcək. Səhər acqarına bir stəkan limonlu qaynar su içmək gün ərzində kaloriləri daha effektiv yandırmağa kömək edəcək. 

• Bu meyvənin tərkibində zəngin antioksidanlar var. Tərkibindəki antioksidantlar bədəninizdə hüceyrə zərərini azalda və yaşlanma prosesini yavaşlada bilər. 

• Hər gün limonlu qaynar su içmək sizə gənc və sağlam dəri gətirir. 

• Tərkibində B vitaminləri olan limon stressin öhdəsindən gəlməyə kömək edir, sinir sistemini zənginləşdirir və psixi sağlamlığınızı yaxşılaşdırır. 

Yalnız limonlu qaynar su içməkdən zövq almırsınızsa, təbii dadlandırıcılardan istifadə edə bilərsiniz.