Bəzi insanlar günə səhər yeməyi yemədən başlayırlar. Bu sağlamlıq üçün olduqca ziyanlıdır.  

Fodinfo.az bildirir ki, səhər yeməyi zamanı protein tərkibli qidalar - yumurta, süd, pendir, qaymaq yeyilməlidir. Mövsümi meyvə-tərəvəzlər hər qida qəbulunda mütləq istifadə olunmalıdır. 

.

Digər fikir verməli olduğumuz məqam havalar sərinləşdikcə qəbul olunan su miqdarının azalmasıdır. Bu isə bir sıra fəsadlara gətirib çıxarır. Çünki insan orqanizminin 60 faizini su təşkil edir. Orqanizmdəki proseslər suyun hesabına baş verir. İnsanlar suyu lazımı miqdarda qəbul etməsə orqanizmdə dehidrasiya hadisəsi baş verər. Bu da orqanizmin susuzlaşma prosesidir.

 

Axşam yeməkləri isə yuxudan 3-4 saat əvvəl yeyilməlidir. Çünki axşam gec saatlarda yeyilən yemək düzgün həzz olunmur. 

 

Gün ərzində qapalı məkanlarda keçirilən vaxtı azaltmaq və mütləq şəkildə səhər və axşam  açıq havada olmaq lazımdır. Sağlamlığı qorumaq üçün fiziki aktivlik vacib şərtlərdən biridir.

Leyla