Sağlamlığınızı qorumaq üçün hər gün bir alma yemək sizi gümrah edə bilər. Foodinfo.az xəbər verir ki, mütəxəssislər almanı sağlamlıq üçün ən faydalı meyvələrdən biri hesab edir. Belə ki, meyvə bağırsaqların fəaliyyətini tənzimləyir, orqanizmi lazım olan vitaminlərlə təmin edir.
Həmçinin bədəndə xolesterin, artıq yağların səviyyəsini nəzarətdə saxlayır. Alma yeyən insanlarda diabet riski azalır. Mütəxəssilər qeyd edir ki, alma iltihabla mübarizədə, qan təzyiqi problemlərinin aradan qaldırılmasında mühüm rol oynayır.
Nurlan