Səhər yeməyində 7 zeytun və 1 əncir yemək pəhrizi son zamanlar çox populyarlaşıb. Yapon alimlərinin tədqiq etdiyi bu pəhriz növündə sağlamlığa müsbət təsir göstərən bir çox nəticələr müşahidə edilib. İnsanlar ümumiyyətlə ideal çəkiyə çatmaq istədikləri zaman bu tip pəhrizə müraciət edirlər.
Zeytun Omeqa yağ turşuları ilə zəngin olsa da, əncir antioksidan xüsusiyyətlərə malikdir. İkisi bir araya gəldikdə sağlamlıq üçün çox faydalı olduğu aşkar edilmişdir.
Foodinfo.az bu pəhrizin faydalarını təqdim edir:
Bu pəhriz bədəndəki toksinləri çıxararaq artıq tullantıları aradan qaldırır.
Hüceyrələri yeniləyir.
İdeal çəkiyə çatmaq daha asanlaşır.
Xərçəng hüceyrələrinizin əmələ gəlməsinin qarşısını alır.
Bədənin funksiyalarını tənzimləyir.
İmmuniteti gücləndirərək müqaviməti artırır.
Tərkibində kalsium olduğu üçün sümükləri də gücləndirir.
BU PƏHRİZ NECƏ EDİLMƏLİ?
Bu pəhrizin müddəti 21 gündür. Daha çox və ya daha az tövsiyə edilmir. Hər gün səhər və yatmazdan əvvəl 7 zeytun və 1 əncir yeyin. Çünki orqanizmin ən məhsuldar olduğu saatlar yuxudan dərhal sonra və yatmadan əvvəldir. Bu müddətdə sizə ən uyğun olan sağlam və balanslı qidalanma proqramına əməl edin. 21 gün ərzində bu proqramı izlədiyiniz zaman ideal çəkiyə çatdığınızı görəcəksiniz. Bu pəhrizə əməl edərkən bol su istehlak etməyinizə əmin olun. Əgər bu qidalara qarşı allergiyanız varsa, pəhrizə riayət etməyi məsləhət görmürük və dietoloqa müraciət etməyi məsləhət görürük.