Şəkər kokaindən daha çox asılılıq yaradan narkotikdir.
Foodinfo.az xəbər verir ki, bu barədə kardioloq Olqa Bokeriya xəbərdarlıq edib.
O bildirib ki, araşdırmaların birində heyvanları asılı vəziyyətə salmaq üçün onlara şəkər və kokain verilib, bir müddət sonra isə seçim imkanı verildikdə heyvanlar hər dəfə şəkəri seçiblər.
İnsan şəkəri məhdudlaşdırmağa başladıqda, onda ləğv etmə sindromu yaranır. Bu, zəiflik, süstlük, baş ağrısı, bəzən həyəcan, narahatlıq, aqressiya və pis əhval-ruhiyyə ilə özünü göstərir. Proses təxminən beş-yeddi gün davam edir, lakin bundan sonra siz özünüzü daha yaxşı hiss edəcəksiniz.
Psixi sfera bərpa olunacaq, şişkinlik, köp, çəki azalacaq. Həmçinin, gün ərzində enerjinin artması ehtimalı var, çünki insulin və müvafiq olaraq qlükoza ifrazı olmayacaqdır.
Həkim, rafinə olunmuş şəkəri (xəmirlərdə, tortlarda, şirniyyatlarda olan və elə çayla içdiyimiz şəkəri) tamamilə rasiondan çıxarmağı tövsiyə edir.
Həmçinin, qida etiketlərini oxuyaraq gizli şəkərlərə də diqqət yetirmək lazımdır: bəzən şəkər salat sosları, souslar (məsələn, ketçup), yoqurt, şirələr və ədviyyatlar kimi gözlənilməz yerlərdə də olur.
"Yüksək fruktoza tərkibli qarğıdalı siropu (high fructose corn syrup) ilə hazırlanan yemək növlərini rasiondan tamamilə çıxarın. Bu dadlandırıcı güclü insulin sıçrayışına və qanda şəkərin kəskin azalmasına səbəb olur. Belə hallarda aclıq hissi çox tez yenidən yaranır, insanın ürəyi şirniyyat istəyir və beləliklə qapalı bir dövr yaranır", - deyə həkim tövsiyə edir.
Nurlan