İstər oruc tutmaq, istərsə də arıqlamaq istəsəniz, sizi uzun müddət tox saxlayan və bədəninizin əsas ehtiyaclarını təmin edən xüsusi qidaları bilmək çox vacibdir.
Foodinfo.az bu yazıda sizi uzun müddət tox tutan qidalarla tanış edəcək.
1) Yumurta
Son araşdırmada alimlər səhər yeməyində yumurta yeyən kilolu insanların gün ərzində daha az ac olduqlarını aşkar ediblər. Məlum olub ki, bu tədqiqatın iştirakçıları qrelinin (beyni yeməyə stimullaşdıran iştah hormonu) aşağı səviyyələrinə və mədənin toxluq hiss etməsinə kömək edən hormon olan PPY- nin daha yüksək səviyyələrinə malikdirlər. Yumurta zülal və yağın mükəmməl birləşməsidir, buna görə də insanlar onları istehlak etdikdən sonra digər səhər yeməklərinə nisbətən daha çox doymuş hiss edirlər.
Xolesteroldan narahatsınız? Yumurta sarısının tərkibindəki yüksək xolesterin qanda xolesterinin artmasının əsas günahkarı hesab olunur. Əgər yağdan narahatsınızsa, zülal ehtiva edən və aclığı yaxşı qarşılaya bilən yumurtanın ağını tək yeməyə çalışın.
2) Avokado
Avokadonun yaşıl, jele kimi pulpası təkcə dadlı deyil, həm də lifi və doymamış yağları sayəsində ürək üçün faydalıdır. Başqa sözlə, avokado sizi tox tutmaq üçün mükəmməl qida ola bilər. Həzm edildikdən sonra liflə zəngin və yağla zəngin qidalar daha az aclıq hiss etməyə və ümumilikdə daha az kalori istehlak etməyə imkan verir. Həmçinin, araşdırmalar göstərir ki, avokadonun oleik turşusu doymamış yağdır və beyninizə mədənizin dolduğunu bildirir. Unutmayın ki, bu qidalandırıcı meyvənin kalorisi yüksəkdir, yarım porsiya təxminən 140 kaloridir.
3) Paxlalılar
Fasulye, mərcimək, noxud və ya hətta fıstıqdan ibarət bir porsiya yağsız protein, mürəkkəb karbohidratlar və yaxşı yağların olması səbəbindən toxluq hissi verir. Diyetoloqun sözlərinə görə, araşdırmalar göstərib ki, bu üç maddə qan şəkərini sabit saxlaya bilir, qanda şəkərin sabit olması isə toxluq hissi deməkdir.
4) Qırmızı bibər
Bu güclü ədviyyat iştah kəsici kimi tanınır. Tədqiqatçılar müəyyən ediblər ki, yeməklərinə yarım çay qaşığı qırmızı bibər əlavə edən insanlar növbəti yeməklərində 60 kalori daha az istehlak edirlər. Nəticədə yeməklərin üzərinə yarım çay qaşığı qırmızı bibər səpmək bəzi qidalardan daha çox əlavə kalori yandıra bilər.
Şəbnəm