Payız fəsli özü ilə soyuq havanı və nəticədə xəstəlikləri gətiri. Lakin soyuqdəyməyə adi çayla da qalib gələ bilərsiniz.

Foodinfo.az payız xəstəliklərinə qarşı "silahlanmaq" üçün çayınıza 5 məhsulu əlavə etməyi məsləhət görür.

İmmuniteti qoruyan güclü vasitələr:

1. Zəncəfil. İltihablara qarşı mübarizə aparır, gümrahlıq verir. Onunla soyuqdəymədən qormaq lazım deyil.
2. Limon. C vitamini ilə zəngindir və mikroblara qarşı qoruyur.
3. Bal. İmmunitetiniz üçün təbii şirin dərmandır.
4. İtburnu: Vitamin mənbəyidir və viruslardan qoruyur.
5. Cökə çiçəyi: İltihabı aradan qaldırır və qızdırmanı salır.

Bu qarışımı çayınıza əlavə edin və soyuq sizə yol tapa bilməyəcək. 

Özünüzə düzgün qulluq edin.