Uzun araşdırmalardan sonra tibb elmi təqdiq edib ki, qida insanın həm bədəninə, həm də beyninə böyük təsir göstərir.
Foodinfo.az xəbər verir ki, bununla bağlı ilk təqdiqatlardan biri Melburndakı Qidalanma və Əhval Mərkəzinin professoru Feliçe Cek tərəfindən aparılıb.
Araşdırmada 67 nəfər iştirak edib. Onların hamısı orta və ya ağır depressiyadan əziyyət çəkən insanlar olub. Bəziləri 12 həftə ərzində Aralıq dənizi pəhrizinə riayət edib, digərləri isə qida rasionlarinda heç bir dəyişiklik etməyiblər.
Nəticədə, Aralıq dənizi pəhrizinə riayət edənlərin (həmçinin şirniyyat, rafinə olunmuş taxıl, qızardılmış qida, "fast food", emal olunmuş ət, şəkərli içkilərin rasionda miqdarını azaldanların) 32% -də remissiya baş verib (və qəbul etdikləri dərmanların miqdarını azalda biliblər). Digər qrupun belələrinin sayı 8% təşkil edib.
Üstəlik, Aralıq dənizi pəhrizinə digərlərindən daha çox riayət edən insanların əhval-ruhiyyəsi də yaxşılaşıb. Bir sıra digər tədqiqatlar bunu təsdiqləyib.
Aralıq dənizi pəhrizinin bəzi komponentləri (yağlı balıq və zeytun yağı) iltihab əleyhinə təsir göstərir. Depressiya və narahatlığın beyin iltihabı ilə əlaqəli ola biləcəyinə dair artan sübutlar var. Həmçinin, Aralıq dənizi pəhrizinə daxil olan qidalar bağırsaqlarda "yaxşı" bakteriyaların böyüməsinə səbəb olur, onlar isə iltihab əleyhinə maddələr istehsal edirlər.
Əhvalımıza müsbət təsir göstərən qidalara psixobiotik deyilir. Bir araşdırmanın ilkin nəticələri göstərir ki, mikrobiotaya (bağırsaqdakı bakteriyalara) müsbət təsir göstərən pəhriz əslində əhval-ruhiyyəni yüksəldir və psixi sağlamlığı möhkəmləndirir.
Leyla