Son zamanlar çox istifadə edilən qida əlavələrinin və vitaminlərin “təbii” və ya “sintetik” kimi marketinqi onların həqiqi faydalarını sübut etmir.

Bu cür xidmət ümumi marketinq hiyləsidir. 

“Cebhe.info” xəbər verir ki, bu barədə “The Conversation”-a Corc Vaşinqton Universitetinin tədqiqatçısı Katya Suleta məlumat verib.

Suletanın fikrinə görə, bir çox pəhriz əlavələri və vitamin istehsalçıları məhsullarını daha cəlbedici etmək üçün indi "təbii mənşəli" terminindən istifadə edirlər:

“Bu cür xüsusiyyətlər istehlakçıların şüurunda “təbii” hər şeyin sağlamlıq üçün faydalı, süni, sintetikin isə zərərli olması barədə yanlış fikrin formalaşmasına kömək edir. Bu, “təbii” qida əlavələrinin (pəhriz əlavələrinin) daha uğurla satılmasına imkan verir.

Bununla belə, məhsulların faktiki istehlak xüsusiyyətlərini yaxşılaşdırmaq üçün bəzən vitaminlərin və digər qida komponentlərinin sintetik analoqlarından istifadə etmək lazımdır”. 

Mütəxəssis bildirib ki, bundan əlavə, süni xammalın sağlamlığa zərərli olması elmi cəhətdən sübut olunmayıb.