 
	
Toyuq bulyonu xəstəlik zamanı yalnız ənənəvi yemək deyil, həm də tam dəyərli müalicəvi vasitədir. Foodinfo.az “Gazeta.Ru” nəşrinə istinadla xəbər verir ki, terapevt Anna Xakimova bildirib ki, bulyon orqanizmi susuzlaşmadan qoruyur, asan həzm olunan zülal və immuniteti dəstəkləyən vitaminlərlə zəngindir.
Həkimin sözlərinə görə, bulyon həmçinin iltihabı azaldan maddələr və seliyi durulaşdıran birləşmələr ehtiva edir. Əsas antiinflamatuar komponent karnozin, seliyi durulaşdırmağa kömək edən amin turşusu sistein isə bulyon üçün xüsusi əhəmiyyət daşıyır. Mütəxəssis qeyd edib ki, sisteindən tərkibində olan dərmanlar həkimlər tərəfindən yapışqan selik zamanı təyin edilir.
Bulyonun faydasını artırmaq üçün Xakimova təmiz, sərbəst gəzdirilmiş toyuqdan istifadə etməyi, ona kök, soğan, kərəviz və bibər kimi tərəvəzlər əlavə etməyi tövsiyə edib. Həmçinin bulyonu isti halda qəbul etmək, həm qida, həm də inhalyasiya effekti verir.
Mütəxəssis vurğulayıb ki, xəstə orqanizm üçün bulyon tez həzm olunur, enerjini sərf etdirmədən bədənə lazım olan qida maddələrini çatdırır və immuniteti gücləndirərək infeksiyaya qarşı mübarizəyə dəstək olur.
Bulyonun bu xüsusiyyətləri onu soyuqdəymə, qrip və digər respirator xəstəliklər zamanı xüsusilə faydalı edir.










































