
Sağlam qidalanmada tərəvəzlər mühüm rol oynayır, lakin bəzi hallarda həddindən artıq istehlakı mədə-bağırsaq sisteminə mənfi təsir göstərə bilər. Foodinfo.az xəbər verir ki, terapevt Sabina Şafikova xiyarın bu baxımdan diqqətli istehlak olunmasının vacibliyini bildirib.
Mütəxəssisin sözlərinə görə, xiyar orqanizm üçün faydalı olsa da, həddindən artıq yeyildikdə mədə-bağırsaqda qaz və köp yaranmasına – meteorizmə səbəb ola bilər. Bu isə bəzi insanlarda narahatlıq və şişkinlik yarada bilər.
Ekspert xiyarın tərkibində kiçik miqdarda lif olduğunu, bunun isə qan xolesterinini tənzimləməyə, maddələr mübadiləsini yaxşılaşdırmağa və damarların sağlamlığını qorumağa kömək etdiyini qeyd edib.
Həmçinin xiyarın tərkibində C və K vitaminləri, eləcə də maqnezium və kalium kimi mikroelementlər mövcuddur. Xüsusilə kalium ürək-damar sisteminin normal fəaliyyəti üçün əhəmiyyətlidir.
Şafikova əlavə edib ki, xiyar balanslı şəkildə istehlak edildikdə orqanizm üçün çox faydalıdır və gündəlik rasiona daxil edilməlidir. Lakin həddindən artıq istehlak mədə-bağırsaq problemlərinə yol aça bilər.
Mütəxəssis tövsiyə edib ki, tərəvəzləri müxtəlif qidalarla qarışdıraraq və miqdarına diqqət yetirərək sağlam və rahat həzm təmin etmək mümkündür.