Uşaqların qidalanması üçün mövsümi və yaşayış bölgəsində bitən giləmeyvələri seçmək məsləhətdir.
Foodinfo.az xəbər verir ki, bu barədə uşaq qastroenteroloqu Darya Markova danışıb.
Qara və qırmızı qarağat, moruq, qaragilə və böyürtkən ən faydalı giləmeyvələrdəndir.
Qara qarağatın tərkibində çoxlu C vitamini var: 100 qramında 500 milliqrama qədər. Bu vitamin uşaqların immun sisteminin formalaşması, qan damarlarının güclənməsi üçün əvəzsizdir. Bundan əlavə, giləmeyvə normal hematopoez və uşağın hüceyrələrinə və toxumalarına oksigen tədarükü üçün zəruri olan dəmirlə zəngindir. Dəmir çatışmazlığı immun sistemini zəiflədə, uşaqda fikir dağınıqlığı yarada və onun akademik göstəricilərini aşağı sala bilər.
Qırmızı qarağatın tərkibində, dəmirdən əlavə, görmə qabiliyyətinə müsbət təsiri ilə tanınan çoxlu A vitamini və beta-karotin də var. Yorğunluğun artması, diqqətin azalması və uşağın zehni inkişafını yavaşlamasına səbəb olan yod çatışmazlığının qarşısını almaq üçün də bu giləmeyvədən istifadə etmək faydalıdır.
Görmə qabiliyyətini yaxşılaşdırmağa qaragilə də kömək edir.
Moruq bağırsaq fəaliyyətini normallaşdırır və tərkibində salisilik turşu duzlarının olması səbəbindən soyuqdəymə və respirator virus infeksiyasına yoluxan zaman qızdırmasalıcı vasitə kimi istifadə edilə bilər.
Böyürtkən uşaqların sağlam böyüməsi və sümüklərinin möhkəmliyi üçün vacib olan K vitamini ilə zəngindir.
Eyni zamanda, uşaqların rasionuna giləmeyvələri tədricən daxil etmək lazımdır, əks halda allergik reaksiya yarana bilər. 8-9 ayından uşaqlara giləmeyvə verilə bilər. Lakin növləri qarışdırmaq lazım deyil, əks təqdirdə hansı giləmeyvənin allergiyaya səbəb olduğunu bilməyəcəksiniz.
Fərid