Dəmir insan orqanizmi üçün əvəzolunmazdır. Bəs, hansı dəmir tərkibli qidalar bədəninizi və zehninizi dəmir kimi edir?
Qida ilə birlikdə qəbul etdiyimiz dəmir qırmızı qan hüceyrələrinin istehsalı və oksigen nəqli və sağlam hüceyrə mübadiləsi üçün vacibdir. Tövsiyə olunan dəmir miqdarı: qadınlar üçün gündə 18 mq, kişilər üçün gündə 10 mq, hamilə qadınlar üçün gündə 27 mq. Bu ölçülər yaşınıza və həyat tərzinizə görə dəyişə bilər.
Bundan əlavə, kalsium dəmirin udulmasına maneə törədir, buna görə də süd məhsulları dəmirlə zənginləşdirilmiş qidalarla qəbul edilməməlidir. Vitamin C dəmirin udulmasını artırır. Odur ki, tərkibində dəmir olan qidalar qəbul edərkən, onlara C vitamini də əlavə etməyə diqqət etməlisiniz.
Foodinfo.az tərkibi dəmir mineralları ilə zəngin olan tərəvəzləri təqdim edir:
LOBYA
Dəmirlə zəngindir. 1 stəkan lobya 8,31 mq dəmir ehtiva edir. Tərkibində zülal və folat da var.
ARTİŞOK
Aralıq dənizi mənşəli tərəvəz olan artishok dəmirlə zəngindir. 1 orta ölçülü bişməmiş artişok 1,64 mq dəmir ehtiva edir və eyni zamanda B vitaminləri, sink, kalsium və manqan mənbəyidir.
KARTOF
1 stəkan kartofda 1,55 mq dəmir var. Tərkibində həmçinin kalium, C vitamini və maqnezium var.
QARPIZ
Bir orta ölçülü qarpızın tərkibində 1,5 mq dəmir var.
ÇUĞUNDUR
1 stəkan çuğundurun tərkibində 1,34 mq dəmir var. Tərkibində maqnezium, kalium və fosfor da var. Şəkər istehlakınıza diqqət yetirirsinizsə, onu qənaətlə istifadə edin. Tərkibindəki betain maddəsi depressiyaya yaxşı gəlir. Həm də qanı təmizləyir.
AVOKADO
1 orta boy avokadoda 1,7 qram dəmir var.
Bir araşdırmaya görə, qidalarda yüksək miqdarda fitik turşusu dəmirin udulmasına mane olur. Sağlam qidalar kimi bildiyimiz lifli tərəvəzlər, paxlalılar, tam taxıl və yulaf məhsulları, fındıq, qoz, badam kimi çərəzlər fitatlarla zəngindir.
Qaysı, kişmiş, xurma kimi quru meyvələrin tərkibində də bol dəmir var.