Əsasən soyuq vaxtlarda bəh-bəhlə yeyilən xaş türk xalqlarının ən faydalı yeməklərindəndir.
Xaş hazırlamaq üçün istifadə olunan heyvanın qarnı da çox xeyirlidir. Heyvanın qarnı mükəmməl protein mənbəyidir, tərkibi kalsium və minerallarla zəngindir. Sink, B12 vitamini, fosforla zəngin olduğu üçün bədənin ehtiyacı olan vitaminləri ödəyərək immunitet sistemini gücləndirir, soyuqdəymənin qarşısını alır. Qripə yoluxma riskini azaldır. Ürək-damar sisemi problemi olanlara bolca yemək məsləhət görülür.
Heyvanın qarnı gündəlik B12 vitamini qarşılamağa yetərlidir. B12 sinir sisteminin problemsiz işləməsini dəstəkləyən ən önəmli vitaminlərdən biridir. Qarında olan bol miqdarda B12 vitamini protein təmin edən qırmızı qan hüceyrələrinə qan daşımasına yardımçı olur. (Metbuat.az)