İspaniyalı alimlər müəyyən qidaların xərçəngin, o cümlədən döş xərçəngi riskini azalda biləcəyini sübut ediblər. Tədqiqatçılar müsbət təsir göstərən məhsullar sırasında qəhvə, meyvə və tərəvəzləri qeyd ediblər.
Foodinfo.az xəbər verir ki, bu barədə onkoloq Andrey Vorobyov danışıb.
Həkim qeyd edib ki, xərçəngin qarşısını almağa fenol turşusu kömək. Bu birləşmə bütöv taxıllar, qaragilə, sitrus meyvələri, yulaf və düyü də daxil olmaqla, müxtəlif bitki qidalarında mövcuddur.
İspan alimlərinin tədqiqatlarında iştirak edən, döş xərçəngi diaqnozu qoyulmuş 100-dən çox qadın məhz bu məhsullarla qidalanıb.
Məlum olub ki, yüksək miqdarda hidroksisinnamik turşusu (fenol turşusunun təbii forması) istehlak edən qadınlarda döş xərçəngi riski 62 faiz azalıb.
Sağlam bitki qidalarından istifadə etməklə biz təkcə bədən quruluşumuzu deyil, həm də ümumi sağlamlığımızı qoruyuruq.
Vorobyov xərçəngin qarşısını almaq üçün digər qidalanma məsləhətləri də verib. Məsələn, antioksidantla zəngin müxtəlif meyvə və tərəvəzlər, qoz-fındıq, lobya, tam taxıllar və sağlam yağlar bir çox xərçəng növləri, eləcə də digər ciddi xəstəliklərə tutulma riskini azaltmağa kömək edə bilər.
İşlənmiş və qızardılmış qidaların, zərərli yağ, şəkər və rafinə olunmuş karbohidratların isə miqdarını azaltmaq və ya onlardan tamamilə imtina etmək məsləhətdir.