Cənnət xurması və ya xurma kimi tanınan meyvəyə Yaponiyada yapon alması deyilir. Dünyada o, “Tanrıların meyvəsi” kimi tanınır. Çünki onun möcüzəvi faydaları var.

Bu meyvə A vitamini, C vitamini və K vitamini ilə zəngindir, xərçəngə qarşı yüksək qorunma təmin edir.

Xurma yüksək antioksidant tərkibinə malikdir. Bu meyvədən istifadə edən insanların qışda soyuqdəymə və qripə tutulma ehtimalı çox azdır.

Xurma arıqlamaq üçün də faydalıdır. Bu meyvə maddələr mübadiləsini sürətləndirir, yağları yandırır, həmçinin iştahı azaldır və tox tutma qabiliyyəti sayəsində arıqlamağa kömək edir. Gündə 1 ədəd yemək kifayətdir.

Xurmanın lif tərkibi o qədər yüksəkdir ki, o bütün həzm problemlərini həll edə bilər. “Tanrıların meyvəsi” yeməyin daha yaxşı həzm olunmasına imkan verir. Qəbizlik problemini həll edir.

İmmunitet sistemini çox effektiv şəkildə gücləndirir. Xüsusilə siqaret çəkənlər üçün xərçəng riskini azalda bilər. Bunun üçün hər həftə 3-4 ədəd xurma istehlak edilməlidir.

Bu meyvə ürək sağlamlığı üçün çox faydalıdır. Damarlarda yağ yığılmasının qarşısını alır, ürək-damar tıxanmasına qarşı qorunma təmin edir. Ürək əzələlərini gücləndirir və infarktın qarşısını alır.