Bəzi qidalar var ki, tərkibi zəngin olmaqla yanaşı həm də bir çox xəstəliklərə çarədir. Foodinfo.az bu qidalardan bəzilərini təqdim edir:
Dəmir anbarı olan ispanağın tərkibi A, B, C, E vitaminləri, maqnezium, fosfor, yod mineralları ilə zəngindir. Bu elementlər sayəsində ispanaq orqanizmin müqavimətini artırır, xüsusilə sümükləri və dişləri gücləndirir. Diş çürüməsinin qarşısını alır.
Təzə lobyada bol lif var ki, bu da qidaların həzm olunmasına kömək edir.
Təzə sarımsaq mövsümi xəstəliklərdə qoruyucu funksiyanı yerinə yetirir. Təzyiq və xolesterini aşağı salır, qanı durulaşdırır və immun sistemini gücləndirir.
Yerkökü unutqanlığa qarşı effektivdir. İnfarkt, xroniki baş ağrısı, dəri və ağciyər xərçənginə qarşı effektiv mübarizə üsulu hesab edilir.