Xiyar dərinin və saçın gözəlliyi üçün bir çox xəstəliklərin müalicəsində istifadə edilən ləzzətli və dadlı tərəvəzlərdən biridir. Gəlin görək xiyar bədəni necə qoruyur?
Foodinfo.az dəri və saç üçün xiyarın xüsusiyyətlərini təqdim edir:
Saç tökülməsini azaldır:
Xiyarın tərkibində saç üçün lazım olan ən vacib maddələr olan silisium,selüloz,natrium,fosfor və kalsium vardır. Saç tökülməsinə nəzarət etmək üçün hər gün xiyar suyunu içə və ya 1 saat saçınıza və saç dərinizdə saxlayıb sonra şampun çəkə bilərsiniz.
Xiyar saçları parlaq edir:
Xiyar tərkibindəki silisium sayəsində saçları yumşaq, parlaq və gözəl edir. Saçınızı yumaq üçün xiyar suyundan istifadə edə bilərsiniz.
Xiyarın ən yaxşı və ən əhəmiyyətli faydası dərinin canlanmasına kömək etməsidir.
Qara dərini çıxarmaq üçün xiyar:
Xiyar tünd dəridən qurtulmağa kömək edən yumşaq büzücü meyvədir, bu məqsədlə aşağıdakıları etməlisiniz:
Xiyarı sürtgəcdən keçirin, artıq suyunu salfetlə çıxarın və sonra dərinizə çəkin.
Şişmiş gözləri aradan qaldırmaq üçün xiyar:
Gözlərinizdə şişkinlikdən narahatsınızsa, xiyar dərhal onu azaltmağa kömək edə bilər. Şişmiş gözləri xiyarla çıxarmaq üçün sizə lazımdır:
Xiyarı doğrayın və ondan iki ədəd gözünüzün üstünə qoyun və istədiyiniz qədər gözünüzdə qalsın.
Xiyarın başqa bir faydası da günəş yanıqlarından xilas olmaqdır.
Günəş təsirinə məruz qalan nahiyələrə bir neçə xiyar dilimləri qoymaq kifayətdir.
Xiyar açıq dəri məsamələrini azaltmağa kömək edir:
Xiyarın başqa bir xüsusiyyəti dəridəki açıq məsamələri bağlamağa kömək etməsidir. Bu müalicə üçün kifayətdir:
Bir neçə ədəd xiyarın suyunu götürün və bir az alma sirkəsi , pomidor və aloe vera geli ilə qarışdırıcıda birləşdirin və yaranan maskanı üzünüzə çəkin.
Xiyar dərinin cavanlaşmasına kömək edir:
Xiyarın ən əhəmiyyətli faydalarından biri dərinin cavanlaşmasını yaxşılaşdırmağa kömək etməsidir və bu xüsusiyyət xiyarda dərini nəm saxlamağa kömək edən bol su ilə bağlıdır.
Bunun üçün sadəcə xiyar suyunu bir neçə damcı limon suyu ilə birləşdirə bilərsiniz.
Bu qarışığı maska kimi üzünüzə çəkin. Bir müddət dərinizdə qalsın və sonra üzünüzü yuyun.
Qırışları azaltmaq üçün xiyar:
Silisiumun mövcudluğuna və antioksidan xüsusiyyətlərinə görə xiyar göz ətrafındakı qara dairələri azaltmağa kömək edir. Bu müalicə üçün sizə lazım olanlar:
Gözlərinizə iki dilim xiyar qoyun və 15-20 dəqiqədən sonra çıxarın.
Digər tərəfdən, xiyar göz ətrafındakı qırışları azaltmağa kömək edir və güclü nəmləndirici kimi də istifadə olunur.
Gözlərinizə iki dilim soyuq xiyar qoyun, bu dərini nəmləndirməyə kömək edəcək, bu da göz ətrafındakı xəttləri və qırışları azaldacaq .
Ləkələri aradan qaldırmaq və çilləri azaltmaq üçün xiyar:
Bu müalicə üçün rəndələnmiş xiyardan bu şəkildə istifadə edə bilərsiniz:
Bir az yulafı sürtgəcdən keçirilmiş xiyarla qarışdırıb yarım saatdan sonra üzünüzə çəkin.
Əvvəlcə ilıq, sonra isə soyuq su ilə üzünüzü yuyun.
Bu müalicə xiyarın iltihab əleyhinə xüsusiyyətlərinə görə çox faydalıdır.
Şəbnəm