Dərman qəbul etmək qanda xolesterinin səviyyəsini azaltmağın yeganə yolu deyil. Rusiya Dövlət Tibb Universitetinin Tibb Fakültəsinin Farmakologiya və Klinik Farmakologiya kafedrasının kardioloqu və müəllimi Vadim Zəkiyev, yüksək xolesterol ilə mübarizə üçün başqa hansı üsullar olduğunu izah edib.
Həkim bildirib ki, bəzi xəstələrdə yalnız pəhriz ilə idarə etmək mümkündür.
Onun sözlərinə görə, bəzi pəhrizlər heyvan mənşəli yağlardan, kolbasa, və yağlı süd məhsullarından maksimum imtinanı nəzərdə tutur. Mütəxəssis qida rasionuna yağlı balıq, tərəvəz, meyvə, qoz-fındıq və bitki yağı (ilk növbədə zeytun) əlavə etməyi məsləhət görüb.
Zəkiyev əlavə edib ki, fiziki fəaliyyətlə də xolesterol azala bilər. Pəhriz və terapiya daha çox bir-birini tamamlayır, lakin bir-birini əvəz etmir, kardioloq bildirib.
Leyla