Həm xurma, həm də limon sağlamlığımızı qorumaq və gücləndirmək üçün güclü faydalar təklif edən iki sağlam qidadır. Xurma və limon bir araya gəldikdə sağlamlığımız üçün tam güc mənbəyinə çevrilirlər. Xurmanın və limonun bu faydalarını öyrəndikdən sonra sonra onu belə istehlak edəcəksiniz.
Foodinfo.az xəbər verir ki, xurmaya limon sıxıb yeməyin ən çox bilinən faydası soyuq əl və ayaqları aradan qaldırmasıdır. Bu güclü duet dəmir çatışmazlığını müalicə edir. Anemiyanın da qarşısını alır.
Həmçinin xurmanın və limonun digər təsirli faydası bağırsaqları stimullaşdıraraq qəbizliyin qarşısını almasıdır.
Bu ikili enerji səviyyənizi artırır, gün ərzində daha enerjili və fit olmanıza kömək edir.
Xurmanın tərkibində olan bol kalsium, maqnezium və kalium limonun güclü faydaları ilə birlikdə sümükləri gücləndirir və osteoporozun qarşısını alır.
Bu iki qida birləşməsindən maksimum effekt əldə etmək üçün sıxacağınız limonun təzə kəsilmiş olmasıdır.