Mütəxəssislər yaddaşı gücləndirməyə kömək edən məhsulların adlarını açıqlayıblar.
Foodinfo.az bildirir ki, brokkoli, pomidor, balqabaq tumu, yunan qozu, kakao yaddaş üçün faydalıdır.
Belə ki, brokkolidə böyük miqdarda vitamin mövcuddur. Onların arasında yaddaşa müsbət təsir göstərən K, C və B qruplarının vitaminləri var. Bundan başqa, C vitamini beyni azad radikalların təsirindən qoruyur.
Mütəxəssislərin fikrincə, pomidor antioksidantlarla zəngindir. Bundan əlavə, onların tərkibində xeyli sayda C vitamini və beyin, ürək və digər orqan xəstəliklərinin inkişafını yavaşladan likopin maddəsi var.
Balqabaq tumu B qrupunun vitaminləri, həmçinin maqnezium və selenlə zəngindir. Bu maddələr sinir sisteminə müsbət təsir göstərir və informasiyanı daha yaxşı qavramağa kömək edir.
Araşdırmaçıların sözlərinə görə, yunan qozu əsl "beyin stimullaşdırıcısı"dır. Onların tərkibində yaddaşı və koqnitiv bacarıqları yaxşılaşdıran yağ turşuları mövcuddur. Bundan başqa, yunan qozunda çoxlu kalium və maqnezium var.
Kakaonu intellektual əməyə başlamamışdan öncə içmək tövsiyə olunur. Qeyd olunub ki, kakaoda beynin fəaliyyətini yaxşılaşdıran tritofan və flavanoidlər var.