Yayda bir çoxları susuzluğunu qazlı su, kvas və şirələrlə yatırırlar. Lakin bu içkilər istidə və ümumiyyətlə ilin istənilən vaxtında faydalı olmaya bilər.
Foodinfo.az xəbər verir ki, endokrinoloq Zuxra Pavlova ən faydalı və ən zərərli içkilərin siyahısını açıqlayıb. Bununla yanaşı o, adi suyun həmişə birinci yerdə olmalı olduğunu vurğulayıb.
Endokrinoloq Pavlovaya görə ən faydalı içkilər:
1. Şəkər və balsız bitki çayları. Limon və ya bir dilim zəncəfil qatmaq olar.
2. Şəkərsiz itburnu dəmləməsi (gecə termosda dəmləyin).
3. Qaynar su ilə dəmlənən az miqdarda ("ətir üçün") mövsümi giləmeyvə və ya meyvələr (alma, ərik).
4. Şəkərsiz evdə hazırlanmış mors (giləmeyvəni maksimum 5 dəqiqə qaynatdıqdan sonra əzmək olar)
5. Quru meyvələrdən hazırlanan şəkərsiz kompot. Bəli, quru meyvələrdə çoxlu fruktoza var, buna görə də onların kalorisi çoxdur. Lakin tərkiblərindəki vitamin və mineralların da miqdarı az deyil. İsti havada kompotu günorta yeməyindən 20-30 dəqiqə sonra içmək yaxşıdır.
Lakin sadalanan sağlam içkilərlə belə, həddi aşmaq olmaz. Həkim onları gündə bir dəfə maksimum bir stəkan içməyi məsləhət görür. Adi təmiz su həmişə üstün tutulmalıdır.
"Unutmayın ki, tərkibində hər hansı bir maddə, yəni şəkər, duz, bitki ekstraktları olan istənilən maye hüceyrələrdən suyu çəkir. Beləliklə, orqanizmə lazım olan suyun çatışmazlığı daha kəskinləşir", - deyə endokrinoloq izah edib.
Pavlovanın fikrincə ən zərərli içkilər:
1. Qazlı su
2. Süd kokteylləri.
3. Qablaşdırılmış meyvə şirələri, nektarlar.
Qeyd edək ki, kifayət qədər su içmək baş ağrısına səbəb ola biləcək qan dövranı problemlərindən uzaq olmağa kömək edəcək. Bununla belə, həddindən artıq maye qəbulu yüksək təzyiq riski yaradır.
Nurlan