Yumurta hansı formada sağlamlıq üçün daha faydalıdır və onu həftədə neçə dəfə yemək olar?

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq, qastroenteroloq, terapevt Aleksandra Razaryonova danışıb.

Onun sözlərinə görə, yumurta yarıçiy qalanda maksimum dərəcədə faydalı olur: az qaynadılmış, paşot (qabıqsız halda suda bişən).

Yağda qızartmaq isə yeməkdə doymuş yağ miqdarını və kalorini artırır.

"Göz" yumurtanı da yağ əlavə etmədən vam odda bişirmək məsləhətdir

Ət, balıq, quş əti, dəniz məhsulları və subməhsullar kimi müxtəlif növ zülalların yanında həftədə beş-altı yumurta əla tamamlayıcı ola bilər.