Yuxu keyfiyyəti ilə qidalanma vərdişləri arasındakı birbaşa əlaqə son elmi araşdırmada ətraflı izah edilib. Foodinfo.az xəbər verir ki, Melbrun Universitetinin alimlərinin sraşdırması sübut edir ki, cəmi bir neçə saatlıq yuxu çatışmazlığı beyindəki "mükafat mərkəzini" hədsiz aktivləşdirir. Yuxusuz qalan insanın bədəni "qrelin" (aclıq hormonu) ifrazını 30% artırır, "leptin" (toqluq hormonu) səviyyəsini isə kəskin azaldır.

Bu hormonal balanssızlıq nəticəsində insan dərhal şəkərli, yağlı və yüksək kalorili qidalara meyl edir. Yuxusuzluq iradə gücünü zəiflətdiyi üçün sağlam qida seçimi etmək demək olar ki, qeyri-mümkün olur.

Tədqiqatda iştirak edən şəxslər yuxusuz qaldıqları günlərdə orta hesabla 500 kalori daha artıq qida qəbul ediblər. Arıqlamaq istəyən şəxslər üçün 7-8 saatlıq keyfiyyətli yuxu pəhriz qədər əhəmiyyətlidir.

Gecə saatlarında ekran qarşısında vaxt keçirmək də aclıq hissini stimullaşdıran mavi işıq faktoruna görə təhlükəlidir. Yuxu rejimi pozulan insanlarda insulun müqaviməti və tip-2 diabet riski sürətlə artır.

Alimlər "yuxu gigiyenası"nın sağlam qidalanmanın təməl daşı olduğunu vurğulayırlar.

Səhər enerjili oyanmaq üçün axşamdan qəbul edilən kofein və ağır yeməklərdən imtina edilməlidir. Bu tapıntı piylənmə ilə müalicədə yuxu terapiyasının rolunu ön plana çıxarır.