
Zehin və yaddaş sağlamlığı üçün qida seçimi çox önəmlidir. Foodinfo.az DHA-ya istinadla bildirir ki, bəzi məhsullar beyin fəaliyyətini gücləndirir və diqqəti artırır. Qoz omeqa-3 və E vitamini ilə beynin qidalanmasını təmin edir.
Yumurta tərkibindəki xolinlə yaddaş və konsentrasiyanı artırır. Balıq omeqa-3 yağ turşuları ilə sinir sistemini dəstəkləyir. Avokado sağlam yağlarla beyin fəaliyyətini aktivləşdirir. Çiyələk və böyürtkən antioksidantla zəngin olub yaddaşı gücləndirir.
Yaşıl çay beyin yorğunluğunu azaldıb zehni aydınlaşdırır. Tünd şokolad flavonoid və maqneziumla zehni enerjini artırır. İspanaq və yaşıl tərəvəzlər sinir sistemini qidalandırır. Yulaf uzunmüddətli enerji verib diqqəti cəmləyir. Bu qidaları rasiona daxil etməklə yaddaş və zehni fəaliyyət daha güclü olur.