
Sağlam həyat tərzi üçün həzm sisteminin normal fəaliyyəti vacib şərtlərdən biridir. Foodinfo.az life.ru-ya istinadla bildirir ki, bəzi qidalar mədə-bağırsaq fəaliyyətini dəstəkləyir və narahatlıqları aradan qaldırır. İspanaq tərkibindəki lif və maqnezium sayəsində həzmi asanlaşdırır.
Kefir və yoqurt faydalı bakteriyalarla zəngin olub bağırsaq florasını tənzimləyir. Zəncəfil qida borusu və mədədə yaranan spazm və köp hissini aradan qaldırır. Alma pektin maddəsi ilə bağırsaqları təmizləyərək həzm sistemini tənzimləyir.
Tərəvəz şorbaları həm mədəni yüngülləşdirir, həm də vitaminlərlə zənginləşdirir. Balqabaq liflərlə zəngin olub bağırsaq hərəkətini sürətləndirir. Çuğundur qanda toksinləri azaldır və qaraciyəri təmizləyir. Qatıq və ballı su mədəni sakitləşdirərək həzm problemlərinin qarşısını alır.
Gündəlik rasionda bu məhsullara yer ayırmaq həzm sistemini gücləndirir və orqanizmin rahat fəaliyyətini təmin edir.